"Ali məktəblər elektron xidmətlərini genişləndirdi" - TƏHSİL EKSPERTİ DANIŞDI
"2020-ci ilin mart ayında Azərbaycan təhsil sistemi pandemiya səbəbindən onlayn təhsilə keçdi və bu ölkəmiz üçün tamamilə yeni bir təhsilalma forması idi. Düzdür, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulub. 2020-ci ilin mart ayında 2022-ci ilə qədər ali və orta təhsil müəssisələrində şagird və tələbələr ənənəvi təhsildən distant təhsilə keçdilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, onlayn dərslərdə iştirak etmək üçün isə mütləq şəkildə kompyuter, planşet və sürətli internetə ehtiyac duyulurdu: "Lakin bu kimi çətinliklərə baxmayaraq, pandemiya dövrü bizə onlayn resurslardan istifadə etməyi öyrətdi. Birincisi onlayn platformalardan istifadə məcburi hal aldı və hər kəs öyrənməyə başladı. Artıq həmin dövrdən başlayaraq demək olar ki, ölkənin bütün müəllimləri onlayn şəkildə dərs keçmək üçün müvafiq platformalardan istifadəni öyrəndilər.
Digər tərəfdən onlayn resurslar çoxaldı. Elm və Təhsil Nazirliyi pandemiya dövründə təkcə məktəblər üçün 100 minlərlə materiallar hazırladı ki, pandemiyadan sonrakı dövrdə də şagirdlər istifadə edə bilsin. Ali məktəblər elektron xidmətlərini genişləndirdi, onlayn rejimdə qiymətləndirmə tətbiq edildi. Azərbaycan təhsil sistemi elektron vasitələrdən istifadə baxımından çox yüksək səviyyə qalxdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB