“Elm və Təhsil Nazirliyi gənclərin ən çox işə qəbulunu həyata keçirən qurumdur” - EKSPERT DANIŞDI

“Elm və Təhsil Nazirliyi gənclərin ən çox işə qəbulunu həyata keçirən qurumdur” - EKSPERT DANIŞDI

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır və təkcə bu il məktəblərə müsahibə, müsabiqə yolu ilə 8000-ə yaxın gənc müəllim işə qəbul edilib. Hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsil müəssisələrini yeni bitirmiş şəxslərin ən çox işə qəbulunu həyata keçirən qurumdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, gənclərin işə qəbul prosesini stimullaşdıran qurumlar içərisində Elm və Təhsil Nazirliyi ilk sırada yer tutur: “Bu istiqamətdə gənclərə geniş imkanlar yaradılıb.

Lakin qeyd etmək lazımdır ki, gənc müəllimlərlə müqayisədə yaşı 35-dən yuxarı olan müəllimlərin şagirdlərinin nəticələri daha yaxşıdır. Buna səbəb isə bir çox istiqamətdə gənc müəllimlərin bir o qədər də təcrübələrinin olmamasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə