Bir çoxları xarici dilləri öyrənməmək üçün müxtəlif bəhanələr gətirirlər. Lakin hər şeyin bir-biri əlaqəli olduğu müasir dövrdə xarici dil biliyi böyük üstünlüklər verir. SİA xəbər verir ki, Xarici dillərin öyrənilməsi insanlarda xeyli sayda koqnitiv bacarıqları inkişaf etdirir. Belə ki, xarici dillərdə danışan insanların daha güclü yaddaşı olur, problemləri daha yaxş həll edir, eləcə də tənqidi təfəkkürə malik olurlar.
Onlar işdə və məişətdə də daha yaradıcı və çevik olurlar. Bundan başqa, xarici dillərdə danışan insanlar qocaldıqca mental sağlamlığını və koqnitiv funksiyalarını daha uzun müddət saxlaya bilirlər. Elmi araşdırmalar insanın dil ilə əlaqəsinin ömür boyu necə inkişaf etməsiylə bağlı qarışıq açıqlamalar təqdim edir. Məlumatlar daha sonrakı yaşlarda xarici dil öyrənməyə başlayanların daha üstün olduqlarını göstərir. Həyatın fərqli dövrlərində dil öyrənməyin fərqli üstünlükləri var.
Materialı müəyyənləşdirin
Düzgün cümlə qurmaq, o cümlədən, həmsöhbətinin nə demək istədiyini düzgün anlamaq üçün müəyyən qaydaları bilməlisiz. Bunun üçün ilk növbədə dil səviyyəni müəyyənləşdirməyiniz lazım olacaq. Bu yerdə onlayn platformalardakı istəmədiyin qədər çox səviyyə qiymətləndirmə testləri köməyinizə gələcək. Daha sonra həmin səviyyəyə uyğun, fərqli tipdə çalışmalarla zəngin olan qrammatika kitabını əldə edin.
Qrammatikanı öyrənməyə paralel olaraq çalışmalarla da məşğul olun. Səhvlərinizi yoxlamağı və ən önəmlisi, onlardan sözün əsl mənasında dərs çıxarmağı unutmayın.
Qaranlıq qalan məqamlar olarsa, qrammatikanı təkrar oxuyun və qeydlər aparın. “Səhvim çoxdur” deyib, qətiyyən ruhdan düşməyin.
Özünüzə uyğun dərs qrafiki yaradın.
Nə edəcəyimizi bilmədən öyrənməyə başlamağımız qəliz məsələdir. Yaxşı deyiblər: planlama işin yarısıdır. Ona görə də, ilk iş kimi planlamanı düzgün qurmaq lazımdır. Sən də həftənin hansı günlərini və ya gündə neçə saatını öyrənmə prosesinə sərf edəcəyini müəyyənləşdirin.Həmçinin, hansı gün hansı materialdan yararlanacağınızı öncədən təyin edin.
Dil öyrənmək ümumilikdə uzun prosesdir və zamanınızı çox alacaq. Qısa müddətdə çox şey öyrənməyə can atmaq özünüzü vaxtından öncə yormağın və dildən bezməyinizlə nəticələnə bilər. Odur ki, qrafiki uzun müddətlik marafon üçün nəzərdə tutun və beyninizi lazımında artıq yükləməməyə diqqət edin.
Dili gündəlik həyatınızın bir hissəsinə çevirin.
Əgər dili yeni-yeni öyrənirsizsə, bu dildə olan cizgi filmləri izləyərək qulağınız dilə alışdırmağa başlaya bilərsiz. Daha sonra maraq dairənizə uyğun videolarla zəngin Youtube kanalları tapın. Sadəcə dilin özünə fokuslanan yox, fərqli mövzulara da toxunan kanalları izləmək zamanla videolara dərs olaraq deyil, hobbi kimi yanaşmağına səbəb olacaq.
Sosiallaşmaq
Günlük danışığı öyrənməyin açarı, yəqin ki, real kommunikasiyadır. Çalışın ki, dilin daşıyıcısı olan şəxslərlə dostlaşın və günlük olaraq söhbətləşin. Bundan əlavə, sizinlə eyni dili öyrənən insanları tapmağın indiki dövrdə xeyli asandır — onlar, adətən, eyni platforma və ya qruplarda toplaşır, oxşar problemlərin həlli üçün birlikdə çalışırlar. Siz də onlara qoşularaq öyrənmə prosesini əyləncəli hala gətirə bilərsiz.
Dil öyrənmədə sizə yardımcı ola biləcək proqramlar-
1.Duolingo
2. Busuu
3. Drops
4. Hellotalk
5. Ling
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB