UNEC-də əcnəbilərin sənəd qəbuluna başlanılıb

UNEC-də əcnəbilərin sənəd qəbuluna başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilinin yaz semestrindən əcnəbilərin sənəd qəbuluna başlanılıb. UNEC-dən SİA-ya bildirilib ki, əcnəbilər ixtisaslardan asılı olaraq Azərbaycan, ingilis, türk, rus tədris dillərində təhsil ala bilərlər.

Sənəd qəbulu yanvarın 31-dək davam edəcək. Dərslər fevralın 16-da başlanacaq.

Bütün namizədlər https://portal.edu.az/ internet səhifələri vasitəsilə müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə