2023-cü il Azərbaycan təhsili üçün NECƏ YADDA QALDI? - EKSPERT FİKİR BİLDİRDİ
“2023-cü ili Azərbaycan təhsili üçün kifayət qədər uğurlu il hesab etmək olar. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait 2023-cü ildə əvvəlki illərlə müqayisədə daha da artmışdı. Təhsil sistemində bir neçə ciddi dəyişiklik və islahatların şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamından sonra bu il Elm və Təhsil Nazirliyi yaradıldı: “Bunun ardınca isə Nazirliyin tərkibində iki agentlik yaradıldı. Həmçinin il ərzində təhsil sahəsində ciddi kadr islahatları həyata keçirildi. Bu təhsildə yeniliyin başlanğıcı kimi də qiymətləndirilə bilər. Xüsusilə qeyd olunmalıdır ki, bu il Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda iştirak və nəticələri əvvəlki illər ilə müqayisədə daha yaxşı idi.
2023-cü ilin ən böyük təhsil hadisəsi kimi ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Qarabağ universitetinin yaradılmasını qeyd edə bilərik. Digər mühüm məsələ isə işğaldan azad edilmiş ərazilərdə orta ümumtəhsilin bərpası ilə bağlıdır. Hazırda həmin ərazilərdə 7 məktəb fəaliyyətə başlayıb, həmçinin yeni məktəblərin tikintisi davam etdirilir. Ümumilikdə 2023-cü ildə təhsilin bütün pillələri üzrə ciddi dəyişikliklər müşahidə etdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB