Cari ildə 15 min 57 tələbə təhsil krediti alıb

Cari ildə 15 min 57 tələbə təhsil krediti alıb

Bu il 15 min 57 nəfər təhsil tələbə kreditindən faydalanıb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2021-2023-cü illərdə ümumilikdə 27 min 365 tələbəyə təhsil krediti verilib. Onlardan 17 min 536-sı standart, 9 min 829-u sosial təhsil tələbə kreditidir.

Bütün xəbərlər Facebook səhifəmizdə