"Məktəbyaşlı uşaqlar Sinqapur uşaqları kimi düşünməlidir" - MÖVQE BİLDİRİLDİ

"Məktəbyaşlı uşaqlar Sinqapur uşaqları kimi düşünməlidir" - MÖVQE BİLDİRİLDİ

"Beynəlxalq təhsil proqramlarının Azərbaycan təhsili və tədris prosesinə tətbiqi ilə bağlı məsələlərin təhsil mütəxəssisləri tərəfindən birmənalı qarşılanmır. Bunun da səbəbi bəllidir. Şəxsən mən də bunu birmənalı qarşılamayan insanlardan biriyəm. Ümumiyyətlə, bununla bağlı fikirlərim pozitiv deyil. Zaman göstərdi ki, beynəlxalq təhsil proqramlarına hələ ki hazır deyilik". Bu sözləri SİA-ya təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, təhsilimiz uzun illər sovet təhsilinin qılafında qalıb, onun ənənələrini mənimsəyib, yalnız faktlara və izafi informasiya yüklənməsinə yönəlik təhsilin çərçivəsindən çıxa bilməyib: "Artıq 21-ci əsrdir. Təəssüf ki, bu hələ də davam edir. Bu gün bizim məktəblərimiz, xüsusən də paytaxtda fəaliyyət göstərən bəzi seçmə məktəblər Elm və Təhsil Nazirliyinin tabeliyində olan təmayüllü liseylər və özəl məktəbləri çıxmaq şərtilə yerdə qalan sıravi orta statistik Azərbaycan məktəbləri beynəlxalq təhsil proqramlarını dəstəkləməyə imkan vermir. Gəlin reallıqla barışaq, reallığı etiraf edək, problemi açıq-aşkar görək ki, ondan çıxış yollarını da verə bilək. Məsələ bundan ibarətdir. Bu gün bunun nümunəsi də var".

"Sinqapur təhsil modelini Azərbaycan təhsilinə tətbiq etmək istədilər, amma alınmadı. Alınmayacaq da. Sinqapur təhsil modelinin uğur qazanması üçün əvvəlcə cəmiyyət Sinqapur kimi düşünməlidir. Məktəbyaşlı uşaqlar Sinqapur uşaqları kimi düşünməlidir. Oradakı riyazi təfəkkür, analitik bacarıq, təhsilə yanaşma burada da olmalıdır. Məhz bu mərhələlərdən sonra modeli tətbiq etmək olar. Elə ona görə də Sinqapur təhsil modeli söz olaraq da qaldı”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə