“Qarşıdakı təhsil ilində Qarabağ universitetində dərslər başlayacaq” - DEPUTAT DANIŞDI
“Azərbaycan dövləti 2023-cü il üçün on illərdir ki, Azərbaycan xalqının arzuladıqlarını həyata keçirdi. Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev 100 illərdən sonra ilk dəfə olaraq Azərbaycanı bütövləşdirdi və separatçı qüvvələrin fəaliyyətinə son qoydu. Xalqımızın “Heydər Əliyev İli”ndə ən böyük uğuru bundan ibarət olub. Təbii ki, Azərbaycan müstəqil dövlət olaraq, çoxşaxəli fəaliyyəti var və bu fəaliyyət istiqamətlərindən biri də təhsildir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, 2023-2024-cü təhsil ilində Qarabağ universitetində də dərslər başlayacaq: “Çünki Azərbaycan dövlət başçısının sərəncamı ilə Xankəndidə Qarabağ universitetinin yaradılmasının əsası qoyuldu. Təbii ki, burada yeni ali məktəbin yaradılması həmin bölgəyə köçən, ümumilikdə isə Azərbaycan xalqı üçün böyük hadisədir.
Bu il müəllimlərin qurultayı keçirildi və bu qurultay Azərbaycanın uğurlarını, təhsil sahəsindəki çatışmazlıqları və nöqsanları aradan qaldırmaq üçün bizim artıq xəritəmizi cızdı. Ayrı-ayrı bölgələr üzrə yaradılan orta təhsil üzrə təhsil idarələrinin də uğur əldə edilməsində mühüm əhəmiyyəti var. Heydər Əliyev Fondunun bu sahədəki uğurları isə göz qabağındadır. Lakin hələ də Azərbaycanın ayrı-ayrı bölgələrində müasir təhsilin tələblərinə cavab verməyən məktəblər də mövcuddur. 2024-cü il üçün ali təhsil haqqında qanun qəbul olunarsa, bu qanun da ali təhsilin inkişafı ilə bağlı çox mühüm məsələləri ortaya qoyacaq. Bu da Azərbaycan təhsilinin daha da inkişaf etməsinə dəstək olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB