2023-cü ildə 80 nəfər paytaxt məktəblisi “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına cəlb olunub. BŞTİ-dən SİA-ya verilən məlumata görə, məktəblilərə XXI əsr bacarıqlarını əldə etməyə imkan verən “Deneyap” texnologiya laboratoriyasında şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər mövzular üzrə iki illik texnologiya təhsili alırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının təlim proqramlarında 4, 5, 6 və 7-ci sinif şagirdləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB