Təhsil müəssisələri rəhbərliyinin idarəetmə səriştələrinin aşkarlanması istiqamətində sorğular keçirilib. BŞTİ-dən SİA-ya verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin direktorları təlim-tərbiyə işləri üzrə direktor müavinləri barədə verilmiş sualları cavablandırıblar.
İl ərzində keçirilən sorğularda ümumilikdə 320 direktor 507 müavin haqqında olan sualları cavablandırıb. Növbəti mərhələdə sorğuya digər idarəedici heyət, müəllimlər və şagirdlər cəlb olunacaq. Sorğuların keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin artırılmasına mane olan lokal problemləri aşkarlamaq və dəstək mexanizmlərini gücləndirməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB