Türkiyə “Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında

Türkiyə “Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında

"Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında Türkiyədən 119 universitet yer alıb.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Dünya üzrə universitetlərin reytinqini tərtib edən 10 səlahiyyətli qurumdan biri olan Orta Doğu Texniki Universiteti (ODTÜ) URAP-ın (University Ranking by Academic Performance) dünya reytinq siyahısı "http://www.urapcenter.org" saytında açıqlanıb.

Siyahıda Türkiyədən 1001-1500 bandında 20 universitet, 1501-2000 bandında 22 universitet, 2001-2500 bandında 38 universitet və 2501-3000 bandında 30 universitet var.

554-cü yerlə Hacettepe Universiteti ən yaxşı reytinqə malik universitet sayılıb.

Hacettepe Universitetindən sonra ən yaxşı reytinqə malik digər 8 universitetin dünya reytinqində yerləri belədir:

· İstanbul Texniki Universiteti 783,

· İstanbul Universiteti 799,

· Ankara Universiteti 800,

· ODTÜ 868,

· Koç Universiteti 920,

· İstanbul Universiteti-Cerrahpaşa 990,

· Qazi Universiteti 995 və

· Ege Universiteti 998-ci olub.”

Reytinqdə Harvard Universiteti əvvəlki illərdə olduğu kimi "Dünyanın ən yaxşı universiteti" olaraq 1-ci, Toronto Universiteti 2-ci, London Universitet Kolleci (University College London) isə 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə