"Məktəb vəsaitlərində məlumatlar kasad və köhnə olur" - TƏHSİL EKSPERTİ FİKİR BİLDİRDİ
"Bir çox məktəblərdə müəllimlər şagirdlərdən dərs vəsaitindən əlavə kitablar almaqlarını tələb edirlər. Buna səbəb kimi məktəb tərəfindən verilən dərs vəsaitlərində məlumatların kasad olmasını göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.
Onun sözlərinə görə, başqa bir səbəb isə odur ki, fərqli kursların, nəşriyyat evlərinin dərc etdiyi kitablar mütəmadi olaraq yenilənir: "Yeniləndiyi üçün o kitablarda müasir və faydalı suallar, tapşırıqlar şagirdlərin tez öyrənə biləcəyi formada hazırlanır. Məktəb tərəfindən verilən kitablar isə illərdir yenilənmir. Həm kitabın içində məlumatlar köhnəldiyi üçün şagirdlər bundan istifadə edə bilmir, həm də çox istifadə olunduğu üçün kitablar yararsız hala düşür".
"Bu yaxınlarda Təhsil İnstitutunun görüşündə bildirildi ki, yeni kitablar üzərində işlənilir. Hətta keçən ildən etibarən müəyyən kitablar istifadəyə də verilib. Düşünürəm ki, bundan sonra kitabların yenilənməsi zamanı bəzi nüanslar qeydə alınacaq ki, kitablar faydalılıq prinspinin bir neçə il ərzində qoruya bilsin",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB