“Peşə təmayüllü siniflər” ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir
“Peşə təmayüllü siniflər” 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir. SİA xəbər verir ki, bunu “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbəri Xanım Şabanova söyləyib. O bildirib ki, layihənin məqsədi ümumi orta təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
“Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət etmək lazımdır. Belə siniflərə keçid, bu siniflərdə təhsil almaq tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə mebel-quraşdırma, dülgər, çilingər, kombi-kondisioner, help-desk, qrafik dizayner, kompüter operatoru, aşpaz, qənnadıçı, dərzi, bərbər, aqronom ixtisasları tədris olunur”, - deyə Xanım Şabanova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB