"Şagirdlərin təhlükəsizliyi üçün ciddi addımlar atılmalıdır" - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Şagirdlərin təhlükəsizliyi üçün ciddi addımlar atılmalıdır" - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Son illər ərzində məktəblərdə ciddi xoşagəlməz hadisələr baş verir. Şagirdlər müəllimlər tərəfindən döyülərək xəsarət alırlar. Bu kimi halların qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Çox təəsüf ki, bəzi hallarda direktorlar məktəbdə kamera quraşdırmaqda maraqlı olmurlar. Çünki onların rəhbərlik etdiyi təhsil ocaqlarında kameralar vasitəsilə tədrisin nə qədər aşağı olduğu izlənilə bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, kamera quraşdırmağa razı olan direktorların bəziləri də az həcmli yaddaşa malik cihazlardan istifadə edirlər ki, müşahidə olunmaq imkanları məhdudlaşdırılsın: "Hesab edirəm ki, valideynlər ən azından dərs prosesini onlayn şəkildə izləyə bilsələr, müəllimin uşaqla necə rəftar etdiyini də görə bilərlər. Ona görə də bütün məktəblərdə kamera quraşdırılması məsələsini həll etməliyik. Bu zaman şagirdlərin təhlükəsizliyi məsələsi öz həllini tapar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə