“Buna birmənalı olaraq cavab vermək mümkün deyil. Çünki bu aidiyyəti qurumlardan DİM və Elm və Təhsil Nazirliyinin birgə razılaşması əsasında qəbul olunan qərardan asılı olacaq. Amma əvvəlki illərin təcrübəsinə baxsaq, görərik ki, DİM tərəfindən qəbul imtahanları iki cəhddə aparılır. Birinci cəhddə olan imtahanlar adətən may ayının ikinci yarısından başlayaraq keçirilir. Birinci cəhd imtahanlar əəsasən may ayının sonu, iyun ayının əvvəli baş tutur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

İlqar Orucov sözlərinə belə davam edib: “İkinci cəhd imtahanlar isə təxminən iyul ayında keçirilir. Mən güman etmirəm ki, imtahanların vaxtında ciddi dəyişiklik olacaq. Amma xüsusilə buraxılış imtahanlarının ertədən keçirilməsi bəzən cəmiyyətdə narazılıq doğurur. Çünki buraxılış imtahanları daha çox tədris ili başa çatmamış həyata keçirilir. Narahatedici məqamlar da bir çox hallarda bununla bağlı olur. Yəni, imtahanlar keçirilinə qədər mövzular imtahana salınır. Burada ciddi bir əsas yoxdur. Zatən tam orta məktəblərdə buraxılış imtahanına salınan suallar şagirdin həmin müddətə qədər keçdiyi proqram əsasında tərtib olunub. Qəbul imatahanındakı suallar isə bütün tədris proqramını əhatə edir. Ümid edirəm ki, tarixlə bağlı bu il dəyişiklik olmayacaq və əvvəlki illərdəki ənənələrlə davam ediləcək. Amma yekun söz yenə də aidiyyəti qurumlara məxsusdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB