Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq
Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: "Bağçalar dövlət tərəfindən maliyyələşir, özəl sektor isə burada idarəetmə və keyfiyyəti təmin edə bilər. İlkin layihələr hazırdır və alternativ modellərin tətbiqi istiqamətində UNICEF-lə ciddi əməkdaşlıq edirik. Müzakirə mərhələsində olan digər layihə isə kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelləridir. Bu da uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatəliliyinin artırılmasına kömək edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB