"5-6 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbi uğurlu addımdır" - NAZİR

Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, Azərbaycan təhsilində ən uğurlu addımlardan biri 5-6 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbidir. SİA xəbər verir k, o, bunu "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu yaşda baş verən müdaxilə və dəyişiklik nəticəsini ən az 15-20 il sonra göstərir: "Uzun və çətin dəyişiklik olmasına baxmayaq məktəbəqədər yaş dövrünün müdaxiləsi ailə, dövlət, bağça üçün elə də baha deyil. Burada sadə dəyişiklik, davranış və müdaxilələrin böyük nəticəsi var. Kitabların sayı, valideynlərin kitaba münasibəti uşağın inkişafına ciddi təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə