“2026-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrində əhatililik 50 faizə çatdırılacaq” - NAZİR

“Məktəbəqədər təhsilin ilk ili çox vacibdir. İstər riyaziyyat, istər oxu bacarıqlarının inkişafında böyük rol oynayır. Buna görə də çalışıb, bütün uşaqların ən az bir il məktəbəqədər hazırlığa getməsini təmin etməliyik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırkı nəticələr təxminən 20 il öncəki məktəbəqədər təhsilin göstəriciləridir. Buna görə də hazırda məktəbəqədər təhsil müəssisələrindəki dəyişikliklər də öz nəticələrini 15-20 il sonra göstərəcək:

“Hələki müzakirə mərhələsində olan və gələcəkdə tətbiqi gözlənilən ailə tipli məktəbəqədər təhsil modeli də məktəbəqədər təhsilin inkişafına xüsusi töhfə verəcək. Bu da əhatilik baxımından mühüm rol oynayacaq. Bununla da müxtəlif layihələr sayəsində 2026-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrində əhatililik 50 faizə çatdırılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə