“50-ə qədər məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqi aparılıb” - TURAL ƏHMƏDOV

“Qarşımıza qoyulan öhdəliklərdən irəli gələrək keyfiyyətin monitorinqinin aparılması görülən işlərin ən mühümüdür”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib. Onun sözlərinə görə, cari ildə 50-ə qədər məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqinin aparılması həm məktəbəqədər təhsil müəssisələrinin özünü təhlili, həm də ondan irəli gələn çətinliklərin aradan qaldırılması istiqmətində müvafiq addımların atılması üçün yol xəritəsi rolunu oynayır. Bu istiqamətdə zəruri olan alt sənədlər hazırlanıb.

Daxili keyfiyyət təminatı üçün keçirilən konfrans böyük önəm daşıyır”.

Bütün xəbərlər Facebook səhifəmizdə