“Bir ömürdə min ömür” - FOTOLAR

Bu gün T.İsmayılov adına 6 №li məktəb-liseyin şagirdləri tərəfindən “Heydər Əliyev ili”nə həsr edilmiş “Bir ömürdə min ömür” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə millət vəkilləri, məktəbin pedaqoji heyəti iştirak ediblər.

Tədbirin açılış nitqini edən əməkdar müəllim, 6 №li məktəbin direktoru Gülşən Orucova məktəbin tarixi və əhəmiyyəti barədə danışıb: “T.İsmayılov adına 6 №li məktəb-liseyin 113 illik tarixi var. Məktəbin yeni binası 2011-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilərək müasir infrastrukturla təmin olunmuşdur.
Məktəbimiz dünyada sözünü demiş, Azərbaycanın inkişafı naminə töhfələr vermiş görkəmli şəxsiyyətlər yetirmişdir. Bizim fəxri məzunlarımızdan biri də Azərbaycanın ərazi bütövlüyünü təmin edən, onu bütün dünyaya tanıdan cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndər məktəbimizdə 2 dəfə olub. O demişdir: “İnanıram ki, 6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq”.

2023-cü il “Heydər Əliyev” ili elan edilməsi ilə bağlı məktəbimizdə Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bunlardan bir də bu gün Dahi Liderimizə həsr olunmuş “Bir ömürdə min ömür” adlı ədəbi-bədii gecəmizdir”.

Qeyd edək ki, tədbirdə məktəb-liseyin bütün sinif şagirdləri əhatə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə