"STEAM layihəsi böyük perspektivlər vəd edir" EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"STEAM layihəsi birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Təhsil İnstitunun dəstəyi ilə 2019-2020-ci ildən başalayaraq start götürüb. STEAM bütövlükdə fənlərin inteqrasiya olunmuş şəkildə tədrisi üzərində qurulub. STEAM layihəsi şagirdlərdə 21-ci əsr bacarıqlarını, yaradıcılıq, tənqidi düşüncəni şagirdlərə öyrədir. Eyni zamanda şagirdlərdə kreativ düşüncənin formalaşdırıb, mühəndislik şəriştələrini öyrədir. Şagirdlərdə İT-dən istifadə edə bilmək bacarıqları da STEAM layihəsi çərçivəsində gücləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
İ.Orucov bildirib ki, STEAM layihəsi bütövlükdə fənlərarası əlaqədə təzahür edir: "Bu baxımdan şagirdlərdə həm də yaradıcı təfəkkür formalaşdırılır. Artıq Elm və Təhsil nazirliyi STEAM Azərbaycan festivalını keçirir. Bu festival əldə olunmuş nailiyyətlərin üzə çıxarılması, bu istiqamətdə görülən işlərə nəzər yetirmək baxımından qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi baxımından olduqca zəruridir. STEAM hərəkatı artıq ölkəmizdə geniş vüsət alır. STEAM-in kurikulmu da hazılanıb və STEAM tədrisin bir parçasına çevrilir.
Azərbaycanda bir neçə ildir ki, davam etdirilən STEAM layihəsi böyük perspektivlər vəd edir. Elm və Təhsil nazirliyi də bu istiqamətdə çox yaxşı nümunələr göstərə bilir. Ölkəmizin müxtəlif yerlərində STEAM mərkəzləri fəaliyyət göstərir. Digər ən vacib məsələ də STEAM dərslərini tədris edəcək kadrların yetişməsidir. Bu istiqamətdə də nazirlik tərəfindən mühüm addımlar atılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB