“SABAH” mərkəzlərinin rəhbərləri Radiasiya Problemləri İnstitutunda olublar

“SABAH” mərkəzlərinin rəhbərləri Radiasiya Problemləri İnstitutunda olublar

Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsi ilə görüş keçirilib. İnstitutdan SİA-ya bildirilib ki, görüşdə bir neçə ali təhsil müəssisəsinin “SABAH” mərkəzlərinin rəhbərləri də iştirak ediblər.

Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi müəssisənin elmi istiqamətləri, aparılan elmi-tədqiqat işləri, innovasiyalar, yeni tədqiqat avadanlıqları haqqında məlumat verib.

İcra Komitəsinin rəhbəri Eldar Qocayev “SABAH” qruplarının məqsədlərindən, elmlə təhsilin inteqrasiyasından, tələbələrin elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatlarda iştirakının vacibliyindən danışıb.

Görüşdə magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilib. Sonda qonaqlar institutun elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə