“Müqavilənin həyata keçməsi təhsilin keyfiyyətinin artırılması üçün əhəmiyyətli olacaq“ - REKTOR

“Müqavilənin həyata keçməsi təhsilin keyfiyyətinin artırılması üçün əhəmiyyətli olacaq“ - REKTOR

“Bu gün imzalanan əməkdaşlıq müqaviləsi universitetimizlə “F-Holding” şirkəti arasında uzunmüddətli, təhsilin inkişafına istiqamətlənmiş əməkdaşlığı özündə ehtiva edir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AzMİU-nun rektoru Gülçöhrə Məmmədova deyib.

Rektor bildirib ki, müqavilənin həyata keçməsi təhsilin keyfiyyətinin artırılması üçün əhəmiyyətli olacaq: “Burada söhbət həm istehsalatla əlaqələrin güclənməsindən, həm də beynəlxalq əlaqələrin genişlənməsindən gedir. Çünki “F-Holding” şirkəti vasitəsilə bizim İspaniya memarlıq məktəbi ilə, İspaniyanın aparıcı memarları ilə görüşlərimiz və təcrübə mübadiləmiz olacaq. Bu isə memarlıq sahəsində təhsilin inkişafına müsbət təsirini göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə