"Xankəndi müqəddəs elm ocağına çevriləcək" - EKSPERT RƏY BİLDİRDİ

"Dünyanın istənilən ölkəsinin hər hansı bir şəhərində Universitet varsa, mövcud universitet həmin şəhərin mədəniyyətinə, elminə, təhsilinə əsaslı töhfələr verə bilir". Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Elnur Hacıyev bildirib.

Ekspertin sözlərinə görə Xankəndi şəhərində Qarabağ Universitetinin yaranması minlərlə tələbə və müəllim heyətinin bu şəhərə axını deməkdir: "Demək ki, Xankəndi şəhəri cəmiyyət üçün ziyalılar yetişdirəcək müqəddəs elm ocağına dönüşəcək".

E.Hacıyev qeyd edib ki, əcnəbi tələbələrin də burada təhsil alması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm vasitələrdən biri olacaq: "Xankəndi şəhərində Qarabağ Universitetinin açılmasını Azərbaycan xalqının tarixində mütərəqqi bir hadisə kimi qiymətləndirirəm".

Ekspert sonda vurğulayıb ki, Azərbaycan futbol ictimaiyyəti arasında Qarabağ futbol komandasına nə dərəcədə diqqət və maraq varsa, Azərbaycanın, eləcə də bütövlükdə Türk dünyasının elm və təhsil camiyyəsində Qarabağ Universitetinə bir o qədər maraq və diqqət olacaq.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə