"Orta məktəblərdə riyaziyyat fənni üzrə nəticələr ürəkaçan deyil" - EKSPERT NARAZILIĞINI BİLDİRDİ
"Ötən illər ərzində buraxılış imtahanlarında riyaziyyatla bağlı açıq tipli suallarda nəticələr ürəkaçan olmayıb. Bu onu göstərir ki, orta məktəblərdə riyaziyyat, həmçinin digər dəqiq elmlər böyük məna kəsb etməyib. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert bildirir ki: "Belə nəticələr məktəblərdə humanitar fənlərə olan marağın daha üstün səviyyədə olduğunu göstərir. Hal-hazırda orta məktəb səviyyəsində təhsil alıb riyaziyyatla bağlı olimpiadalarda yüksək nəticə göstərən şagirdlər nadir hallarda olur. Riyaziyyat üzrə yüksək nəticələri özəl tədris müəssisələrində formalaşmış, güclü liseylerdə yetişmiş şagirdlərdə müşahidə edirik".
E.Nuri təbiət elmlərinə olan marağın daha aşağı səviyyədə olduğunu vurğulayır: "Təbiət fənlərinə olan maraq humanitar və dəqiq fənlərdən geri qalır. Bu marağı oyatmaq üçün çox yaxşı proqramlar təşkil edilməlidir".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB