648 bal toplamış abituriyent Mingəçevir Dövlət Universitetini seçib - FOTO
2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 648 bal toplamış Şəmsiyyə Mustafayevanın seçimi Mingəçevir Dövlət Universitetidir. Universitetdən SİA-ya bildirilib ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi fərqlənmə attestatı ilə bitirən Ş.Mustafayeva MDU-da Fizika müəllimliyi ixtisası üzrə ali təhsil almaq arzusundadır.
Rektor Şahin Bayramov Ş.Mustafayeva ilə görüşündə onun ailə üzvlərini və müəllimlərini uğurlu nəticə münasibətilə təbrik edib, seçiminə görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB