2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 648 bal toplamış Şəmsiyyə Mustafayevanın seçimi Mingəçevir Dövlət Universitetidir. Universitetdən SİA-ya bildirilib ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi fərqlənmə attestatı ilə bitirən Ş.Mustafayeva MDU-da Fizika müəllimliyi ixtisası üzrə ali təhsil almaq arzusundadır.
Rektor Şahin Bayramov Ş.Mustafayeva ilə görüşündə onun ailə üzvlərini və müəllimlərini uğurlu nəticə münasibətilə təbrik edib, seçiminə görə təşəkkürünü bildirib.