Direktor olmaq istəyənlər üçün esse mərhələsi keçiriləcək

Direktor olmaq istəyənlər üçün esse mərhələsi keçiriləcək

İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Elm və Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə