Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Mehdiyev Əli Hüseyn oğlunun Şərur rayon Təhsil Şöbəsinə müdir təyin olunması ilə bağlı əmr imzalayıb.
SİA-nın məlumatına görə, Əli Mehdiyevi kollektivə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İmran Əliyev təqdim ediblər.
Qeyd edək ki, Əli Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini və direktoru işləyib.
Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəsifəsi olub.
Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB