Standartlaşdırma İnstitutu on ayda 40 yeni dövlət standartı qəbul edib

Standartlaşdırma İnstitutu on ayda 40 yeni dövlət standartı qəbul edib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu 40 yeni dövlət standartı qəbul edib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, on ayda aqrar və qida sahəsi üzrə 16, standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 3, layihə, proqram və portfelin idarəedilməsi üzrə 2, qiymətli metallar və qiymətli daşlar üzrə 2, idarəetmə sistemləri sahəsi üzrə 2, informasiya texnologiyaları sahəsi üzrə 3, xidmət sahəsi üzrə 2, COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1, neft sahəsi üzrə 6, ekologiya sahəsi üzrə 1, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə 1 və qadın sahibkarlığının inkişafının təşviq edilməsi üzrə 1 dövlət standartı qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə