"Görülən işlər ölkə iqtisadiyyatına öz təsirini göstərəcək” - DEPUTAT ŞƏRH ETDİ
“Ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Qubadlı və Cəbrayıla səfər edib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, dövlət başçısının mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərinin şahidi oluruq: “Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu səfərlərdə iştirakı mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə çox vacib layihələr həyata keçirilib. Bu işlərin həyata keçirilməsində başlıca məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonada, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Hava limanlarının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturların yaradılması bunların hamısı regiona böyük töhfələr verəcək. Digər tərəfdən həm Cəbrayılın, həm Qubadlının və bütövlükdə Şərqi Zəngəzur İqtisadi Zonası böyük iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı üçün, turizm üçün, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Belə bir ifadə var ki, Yol iqtisadiyyat deməkdir. Əlbəttə infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha effektiv olmasına kömək edir. Bütün bu görülən işlər ölkə iqtisadiyyatına öz təsirini göstərəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB