Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib - FOTOLAR

Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib - FOTOLAR

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə