Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinin əməkdaşları nəqliyyat sahəsində ixtisaslaşan “NEC” Telekominükasyon və Bilgi Teknolojileri LTD şirkəti tərəfindən keçirilən təlimdə iştirak edib. BNA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməkdaşlara ictimai nəqliyyatda hərəkətin izlənilməsi və idarə olunması ilə bağlı “Avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi və idarə olunması” sistemi, dispetçer xidmətinin səmərəli təşkili ilə bağlı bilgilər verilib və qabaqcıl təcrübələrlə bağlı təqdimatlar edilib.
Təlimi müvəffəqiyyətlə keçən əməkdaşlara bu sahədə ixtisaslaşmış xarici şirkət tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrutların hərəkət sxeminə, avtobusların dayanacaqdan kənar dayanması və sürət həddinin aşılması hallarına nəzarət, nəqliyyat axınında yaranmış sıxlıqlar zamanı avtobuslararası intervalların tənzimlənməsi kimi vacib xidmətləri özündə birləşdirir.
#Təlim #İctimaiNəqliyyat #NEC #BŞİH #BakıŞəhərİcraHakimiyyəti #BakıNəqliyyatAgentliyi #BNA #BTA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB