Un məhsulları yağın da qiymətinin qalxmasına səbəb olacaq? - İQTİSADÇI İZAH ETDİ

Un məhsulları yağın da qiymətinin qalxmasına səbəb olacaq? - İQTİSADÇI İZAH ETDİ

"Hazırda dünya bazarında taxıl məhsullarının qiymətində müəyyən stabillik nümayiş olunur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu da təbii ki, xüsusən Ukraynada istehsal edilən məhsulların dünya bazarına çıxarılması ilə bağlıdır: "Ukraynada istehsal edilən məhsulların dünya bazarına çıxarılması ilə bağlı müəyyən stabillik yaratdı. Bu baxımdan regionda un və un məmulatlarının qiymətinin dəyişməsi birbaşa dünya bazarındakı vəziyyətdən asılıdır. Bundan əlavə olaraq Rusiya bu istiqamətdə ixrac imkanlarını bərpa edəcəyini istisna etmir. Həmçinin Qazaxıstan da bu istiqamətdə ixrac imkanlarını bərpa etmək niyyətindədir. Bu baxımdan Azərbaycana idxalın bərpa edilməsi istehlak bazarındakı qiymətlərin optimallaşdırılması baxımından vacibdir. Bütün hallarda Nazirlər Kabineti çalışır ki, çörək və digər un məmuları üçün mövcud qiyməti qoruyub saxlamaq mümkün olsun".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə