"Bir regionun iqtisadi inkişafı yol infrastrukturundan başlayır” - EKSPERT AÇIQLADI

"Təbii ki, yol təsərrüfatının yaradılması istənilən bir regionda ərazidə iqtisadi fəaliyyətin yaradılması üçün ən başlıca amildir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, infrastruktur sahələri arasında yol infrastrukturu daha vacibdir: "Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyev tərəfindən Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzalanmış Sərəncam qeyd olunmuş ərazilərdə təkcə bilavasitə yol olaraq deyil, eyni zamanda bu ərazilər üzrə olan iqtisadi fəaliyyətə də öz təsirini göstərəcək. Eyni zamanda sakinlərin rahat şəkildə gediş-gəlişinə imkan verəcək. Bütün hallarda bir regionun iqtisadi inkişafının ilk başlanğıc nöqtəsi həmin regionun yol infrastrukturundan başlayır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...