CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 122,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,56 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...