Yaponiya şirkətləri ilə əlaqənin güclənməsi ölkəyə nə verəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Yaponiya dünyanın aparıcı ölkələrindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadi-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Yaponiya kimi bir ölkə ilə ticari əlaqələrin qurulması və genişləndirilməsi kifayət qədər prioritet məsələlərdəndir: “Yaponiya və Azərbaycan arasında strateji münasibətlər olduqca dərindir. Bütün bunlar həm də iqtisadi əlaqələrin genişləndirilməsinə şərait yaradır. Yaponiya Azərbaycan üçün turizm sektorunda əməkdaşlıq üçün vacib ölkələrdən bir kimi hesab olunur. Digər tərəfdən Azərbaycan Yaponiyadan texnologiya idxal edir. Həmçinin Yaponiya ölkəmiz üçün kənd təsərrüfatı və emaledici məhsulların ixracatı baxımından da mühümdür. Ona görə də bu əlaqələrin genişləndirilməsi bütövlükdə bu iki ölkə arasındakı iqtisadi, ticari dövriyyənin artmasına gətirib çıxardacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...