Bu ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,8 dəfə artaraq 288 milyon manat olub.
SİA AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 48,1 faizi hüquqi şəxslərin, 51,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,1 dəfə artaraq 137 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB