Bu istiqamətdə aparılan işlər Azərbaycanın iqtisadiyyatına ciddi töhfələr verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

Bu istiqamətdə aparılan işlər Azərbaycanın iqtisadiyyatına ciddi töhfələr verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğaldan azad olunan ərazilərlə bağlı xüsusi dövlət proqramı hazırlanıb və həyata keçirilməyə başlayıb”. Bu fikirləri iqisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsində xüsusilə bu məsələ ilə bağlı vəsait ayrılıb və ilkin olaraq həmin ərazilərdə tikinti, yenidənqurma işləri aparılır: “İnfrastrukturun bərpası sahəsində işlər görüləcək. Düşünürəm ki, 2025-ci ilə qədər davam edəcək. Çünki 30 illik işğal müddəti ərzində həmin ərazilərə ciddi ziyan dəymişdir. Sovet dönəmində həmin ərazidə iki iqtisadi rayon yerləşirdi. Kəlbəcər-Laçın və Yuxarı Qarabağ rayonları. Həmin ərazilər həm kənd təsərrüfatı baxımından çox münbit, həm turizim potensiallı ərazilərdir. Eyni zamanda milli-mənəvi, tarixi abidələrimizin yerləşdiyi yer idi. Bundan əlavə təbii ehtiyyatlarla zəngin olan ərazilərdir. Həmin ərazidən Azərbaycan dövləti istər sovet dönəmində, istərsə də müstəqilliyimizin ilk dövrlərində yaxşı fayda əldə edirdi. 30 il işğal altında qaldığı üçün istismara məruz qalmışdır. İşğaldan azad olunmuş ərazilərdə hal-hazırda bu istiqamətdə işlərin görülməsi planlaşdırılır. Xüsusilə turizm potensiallı məkanların canlandırılması düşünülür. Sənaye müəsisələri, beynəlxalq hava limanlarının tikilməsi nəzərdə tutulur. Bundan başqa həmin ərazilərlə faydalı qazıntıların aparılması ilə bağlı müəsisələrin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə aparılan işlər Azərbaycanın iqtisadiyyatına ciddi töhfələr verəcəkdir. İşğal dövrü ərzində yanlız həmin ərazilər deyil, həmçinin sərhəd bölgələrdə də ermənilər tərəfində bir sıra problemlər yaranıb. Yəni həmin bölgələrdə də yenidən bərpa işləri ilə bağlı planlar var”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə