Qlobal enerji bazarlarında yaşanan dalğalanmalar

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi. SİA Türkiyə mətbuatına istinad edir.
Qlobal enerji bazarlarında yaşanan dalğalanmalar

Rusiyanın Ukraynaya hücum etmәsi ilә başlayan prosesdә enerjinin silaha çevrilmәsinin şahidi olduq. Müharibә zamanı enerji düşmәnlәrә qarşı istifadә edilәn vasitәyә çevrildi. Rusiya sahib olduğu enerji gücündәn istifadә edәrkәn ABŞ әksinә Rusiyanın enerji ixracına mane olmağa çalışır. Bu sәbәbdәn dә enerji qiymәtlәri yüksәlir.

Rusiyanın Ukraynaya hücum etmәsi nәticәsindә Avrasiyadakı geosiyası tarazlıqlar sarsılıb, hәmçinin qlobal enerji bazarlarında dalğalanmalar müşahidә olunub. Brent markalı neftin bir barelinin qiyməti 130 dollara yüksәlәrәk rekorda imza atıb. Dünyanı enerji bazarları ilə bağlı narahat edən əsas amil təbii ki, Rusiyanın enerji təchizatı mәsәlәsindә 3-cü yerdә olmasıdır.

Enerji təchizatı Rusiyanın həm güclü, həm də kövrək tərəfidir. Rusiya iqtisadiyyatı hər il yüz milyardlarla dollar gəlir əldə edir. Rusiya eyni zamanda enerji ixracına әsaslanan iqtisadiyyata da malikdir. Amerika Birlәşmiş Ştatları Rusiya-Ukrayna müharibәsindәn sonra Rusiyanın enerji tәchizatını tәdricәn dә olsa mәhdudlaşdırmağa, xüsusilә dә Avropa ölkәlәrinin alternativ mәnbәlәrә üz tutmasını tәmin edәrәk bu enerji ixracını azaltmağa çalışır. Avropa İttifaqına üzv ölkәlәrin tәbii qaz mәsәlәsindә Rusiyadan asılılığı bu ölkәyә qarşı yürütdüklәri siyasәtә dә tәsir edir. Almaniya başda olmaqla İtaliya vә Fransa kimi mühüm ölkәlәrin tәbii qaz mәsәlәsindә Rusiyadan 40-50 faiz asılı olmaları bu ölkәlәrin Rusiyaya qarşı siyasәtlәrini müәyyәn etmәlәrinә ciddi tәsir göstәrir. Bu, onları Rusiyadan asılılıqlarına son qoymaq üçün mühüm qərarlar qəbul etməyə sövq edib.

Ukraynadakı müharibә necә başa çatsa da, orta vә uzun perspektivdә Rusiya üçün ciddi strateji itki ilә nәticәlәnәcәk. Avropa İttifaqına üzv ölkәlәrin Rusiyadan asılılığı bir neçә ildәn sonra sona çatacaq vә bu ölkәlәr Rusiyaya qarşı daha güclü siyasәt yürüdә bilәcәklәr. Tәbii qaz vә neft hasil edәn digәr ölkәlәr dә bu prosesdәn faydalanacaq. İran vә Venesuela kimi ölkәlәrin dә qlobal enerji bazarına qayıtma ehtimalı olduqca yüksәkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə