Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5% artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5% artaraq 1 milyard 404,2 milyon manat olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 055,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2%-ni təşkil edib.

Bu ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 139,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə