Orada həddindən artıq böyük cərimələr var - MÜTƏXƏSSİS DANIŞDI
“Heyvan xəstəliklərinin dünyada yayılmasına nəzarət edən bir sıra beynəlxalq qurumlar var. Bunlardan biri də Beynəlxalq Sağlamlıq təşkilatıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, dünyada bu təşkilat inteqrasiya olunmuş şəkildə işləyir: “Azərbaycanda həmin qurumlarla daima əlaqədədir. Beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrdə olan belə hadisələr barədə məlumatlar verir. Qida Təhlükəsizlik Agentliyi də haqlı olaraq həmin beynəlxalq təşkilatın məlumatı əsasında adi çəkilən bir neçə ölkələrdən yəni Nepal, Pakistan, Amerika və s. yerlərdən diri quşların eləcə də, emal avadanlıqlarının gətirilməsi və tranzit məsələlərini diqqətdə saxlamaq üçün tədbirlər görərək, gömrük orqanları ilə qarşılıqlı fəaliyyət göstərirlər. Təbii ki, bu normal hadisədir. Bu çox intensiv olmalıdır. Çox istərdim ki, Azərbaycanın ətraf mühiti və fermer təəssərüfatı Zellandiyadakı kimi qorunsun. Orada həddindən artıq böyük cərimələr var. Buna görə də ora böyük heyvandarlıq ölkəsi adlanır. Onlar təkcə heyvandarlıqdan 12 milyard dollar əldə edirlər. Biz də doğma Azərbaycanımızın ətraf mühitinin flora və faunasını belə qorumalıyıq. Burada ictimaiyyətin böyük rolu var. Fikrimcə, Qida Təhlükəsizlik Agentliyi bu sahədə rasional şəkildə fəaliyyət göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB