"Bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Bu gün Avropa ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların şahidiyik”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Aslan Əzimzadə deyib.
Onun sözlərinə görə, Qərb və Avropa tərəfindən irəli sürülən sanksiyalardan biri də məhz Rusiyanın SWİFT-dən çıxarılmasıdır: “Lakin biz burda müəyyən məqamlara diqqət yetirməliyik. Qeyd edək ki, SWİFT-dən bütün bankların çıxarılmasına dair göstəriş yoxdur, yalnız müəyyən bankların çıxarılmasına dair göstəriş var. Düşünürəm ki, Avropanın Rusiya qazına olan tələbatı böyükdür. Rusiyanın SWIFT-dən çıxarılması, Rusiyanın xarici ticarətini təmin edən banklara şamil edilməyəcəkdir. Bu edilsə belə təbii ki, ümumiyyətlə SWİFT-dən bütün bankların çıxarılması çərçivəsində əməliyyatlar rublla davam edə bilər ki, bu da rublın mövqeyini daha da gücləndirəcək. Digər bir istiqamətdə əgər Avropa Rusiya qazından imtina edərsə bu zaman Rusiya qazı Cənub-Şərqi Asiya ölkələrinin premium qaz bazarlarına yönələcəkdir. Lakin burda da itirən Avropa olacaqdır. Çünki Avropa üçün Rusiya qazının alternativi yoxdur. Burda yalnız müəyyən mənada Avropaya qazı Amerika ixrac edə bilər ki, bu istiqamətdə də qazın qiyməti Rusiya qazından 4-5 dəfə daha baha olacaqdır. Rusiyanın xarici şirkətlərinin aktivlərinin dondurulması məsələsi də ön plandadır. Düşünürəm ki, bu Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Çünki faktiki olaraq bu pul Rusiya iqtisadiyyatında dövr etmir və Avropa iqtisadiyyatında dövr edir. Burada ən önəmli məqamlardan biri də Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 20 faizə qədər qaldırmasıdır. Lakin hesab edirəm ki, bu qısa müddət ərzində belə olacaq. Məhz spekulyativ kapitalın şirnikləşdirilməsinə yönəlmiş bir istiqamətdir. Bütövlükdə son günlərdə Rusiyanın iqtisadi sanksiyalara qarşı göstərdiyi tədbirlər göz qabağındadır. O cümlədən rezidentlərin 1 yanvar 2022-ci il tarixindən dollarla əldə etdikləri gəlirlərinin 80 faizini Rusiya bazarına satmaq məsələsi, kapitalın transsərhəd hərəkətinin tənzimlənməsi məsələsi kimi faktorlar Rusiyaya qarşı qoyulan sanksiyalara onun adaptiv mexanizminin formalaşmasına təsir göstərəcək. Düşünürəm ki, bu sanksiyalar Rusiya iqtisadiyyatının dayanıqlılığına ciddi təsir göstərməyəcəkdir. Digər tərəfdən Avropa ölkələri öz hava məkanını Rusiyaya bağlamışdır. Rusiya da cavab olaraq öz hava məkanını başda Britaniya olmaqla digər Avropa ölkələrinə bağlamışdır. Bunun təbii ki, öz mənfi təsirləri də olacaqdır. Londondan Çinə gedən təyyarələr Rusiyanın kənarından keçərək hava uçuşlarını həyata keçirəcəkdir ki, bu da kilometri artıracaqdır. Nəticə etibarı ilə Avropanın aviaşirkətlərinin xərcləri artacaqdır ki, bu da mənfəətin aşağı düşməsi ilə nəticələnəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB