Neftin qiyməti ilə bağlı ABŞ-dan açıqlama

Neftin qiyməti ilə bağlı ABŞ-dan açıqlama

ABŞ neftin qiymətində kəskin eniş gözləməsə də, qiymətlərin sabitləşəcəyinə və ucuzlaşacağına ümid edir.

SİA Axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Cennifer Qrenholm deyib.

"Ümid edirik ki, qiymətlər sabitləşəcək və enməyə başlayacaq. Biz (cari qiymətlərlə - red.) hər hansı dramatik fərqin olacağını demirik. Biz həm ölkə daxilində, həm də qlobal miqyasda tədarükün artmasını görmək istəyirik ki, pərakəndə qiymət təzyiqini azalda bilək", - Qrenholm qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə