Bank BTB 2021-ci ilin üçüncü rübünü mənfəətlə başa vurdu

Bank BTB 2021-ci ilin üçüncü rübünü 1 173.54 min manat xalis mənfəətlə başa vurub. SİA-nın məlumatına görə, bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, üçüncü rüb üzrə cəmi aktivlər 363 502.91 min manat olmuşdur. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 257 077.19 min manat təşkil etmiş, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 18% artım deməkdir.

Fiziki şəxslərin müddətli depozit portfelində də artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfelinin həcmi 42% artaraq 127 831.75 min manat təşkil etmişdir.

Həmçinin, bankın cari rüb üzrə faiz gəlirləri 18 870.18 min manat, faiz xərcləri isə 11 500.14 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 3 524.51 min manat, qeyri-faiz xərcləri isə 10 832.25 min manat təşkil etmişdir.

Müştəri portfelini genişləndirən Bank BTB cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 10%, hüquqi şəxs müştərilərinin sayında 8%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 31% artıma nail olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə