Odessa ilə Gəncə arasında uçuşlara başlanılır

Ukraynanın ucuz hava yolu şirkəti Odessadan Gəncəyə uçmağı planlaşdırır

Ukraynanın ucuz hava yolu şirkəti “Bees Airline” bu payız Odessa ilə Gəncə arasında uçuşlara başlamağı planlaşdırır. Bu barədə Ukrayna Dövlət Aviasiya Xidməti məlumat yayıb.

Azərbaycana uçuşların həyata keçirilməsi ilə əlaqədar olaraq şirkət Ukrayna Dövlət Aviasiya Administrasiyasına icazə sorğusu göndərib və təsdiqin birinci mərhələsini keçib. İndi sorğu idarənin rəhbərliyinə təsdiq edilməsi üçün tövsiyə edilib. İdarə komissiyasının qərarı ilə, ucuz hava yolları şirkətinin bu ilin 1 oktyabr 2021-ci ildən Odessa-Gəncə-Odessa istiqamətində uçuşlar həyata keçirməsinə icazə verilməsi tövsiyə edilib, şəhərlər arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Qeyd edək ki, SİA bu barədə “Sputnik Azərbaycan”a istinadən xəbər verir.

Xatırladaq ki, indi Ukrayna ilə Azərbaycan arasında uçuşları Ukraynanın iki hava yolu şirkəti -Ukrayna Beynəlxalq Hava Yollarının laynerləri Kiyevlə Bakı arasında, Lvov-Bakı-Lvov uçuşları isə Ukraynanın “SkyUp” aviadaşıyıcısı tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə