"İşğaldan azad edilmiş ərazilərə investisiya yatıranlar çox olacaq" - Abdurrahman Uzun
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq istəyən xaricdə çoxlu sayda iş adamları var. SİA-nın məlumatına görə, bunu MÜSİAD Azərbaycan (Müstəqil sənayeçi və iş adamları dərnəyi) rəhbəri Abdurrahman Uzun deyib.
A.Uzun bildirib ki, hazırda həmin ərazilərdə yol və inşaat işləri həyata keçirilir: “Həmin ərazilər minalardan təmizləndikdən, insanlar oraya köçdükdən sonra hansı sahələrə yatırımların mümkün olması məlum olacaq. Hələki orada hansı sahələrə yatırımların lazım olması barədə məlumatlar yoxdur. Yəni insanlar ora qayıtdıqdan və investisiya imkanları məlum olduqdan sonra biz bu məlumatları iş adamları ilə paylaşacağıq və həmin ərazilərə investisiya yatırımları olacaq. Ancaq onu deyə bilərəm ki, investisiya yatıranlar çox olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB