"İctimai iaşə, xidmət və turizm sektorunda fəaliyyətlərin bərpası uyğun olardı" ÖZƏL - AÇIQLAMA

"İctimai iaşə, xidmət və turizm sektorunda fəaliyyətlərin bərpası uyğun olardı" ÖZƏL - AÇIQLAMA

"Mərkəzi Şərq və Avropa ölkələrində də olduğu kimi kafe və restoranlar üçün konkret qaydaların müəyyənləşdirilməsi və həmin qaydalar çərçivəsində müəssisələrin fəaliyyətinə icazə verilməsi, həmçinin, kafe və restoranlarda sahəsindən asılı olaraq müştərilərin sayı və elektron menyudan istifadə ilə bağlı qaydaların tətbiqi məqsədəuyğun olardı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

Onun fikrincə, Avropa ölkələrinin də təcrübəsini nəzərə almaqla iqtisadiyyatın mərhələli şəkildə sektorlar üzrə açılması məqsədəuyğun olardı: "Nəzərə almalıyıq ki, Azərbaycanda pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirlərinin minimumlaşdırılması əsas hədəfdir. Bununla yanaşı təbii ki, xüsusilə də real sektorda iqtisadi aktivliyin mərhələli bərpası məqsədəuyğundur. Təbii ki, iyul ayının 20-dən etibarən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər fəaliyyətə başlayacaq. Daha uyğun olardı ki, ictimai iaşə obyektləri və xidmət sektoru, o cümlədən, kafe və restoranlar üçün konkret meyarların, qaydaların müəyyənləşdirilməsi həyata keçirilsin. Həmin meyarlar üzrə xidmət sektorunda fəaliyyət göstərən müəssisələrə icazə verilsin. Nəzərə alsaq ki, kafe və restoranlar bu sektorda aparıcı müəssisələrdən hesab olunur. Aqrar sektor da daxil olmaqla bir sıra sahələr, o cümlədən, Mərkəzi Şərq və Avropa ölkələrində də olduğu kimi kafe və restoranlar üçün konkret qaydaların müəyyənləşdirilməsi və həmin qaydalar çərçivəsində müəssisələrin fəaliyyətinə icazə verilməsi, həmçinin, kafe və restoranlarda sahəsindən asılı olaraq müştərilərin sayı və elektron menyudan istifadə ilə bağlı qaydaların tətbiqi məqsədəuyğun olardı".

Millət vəkili vurğulayıb ki, digər tərəfdən yalnız ərzaq mağazalarının deyil, o cümlədən digər mağazaların, mebel mağazalarının da fəaliyyətinin koronavirusun təsirlərindən minimumlaşdırılması və hesablanan qaydalar çərçivəsində fəaliyyətinə icazə verilməsi məqsədəuyğun olardı: "Sahəsi böyük olmayan mağazaların da fəaliyyətinin bərpa edilməsi yaxşı olardə. Çünki, orada çalışanların məşğulluluğunun təmin edilməsi və eyni zamanda ticarət dövriyyəsinin mərhələli şəkildə bərpa edilməsi baxımından vacibdir. Bizim qiymətləndirmələrimiz ondan ibarətdir ki, mərhələli şəkildə ictimai iaşə, xidmət və ticarət, o cümlədən, turizm sektorunda fəaliyyətlərin bərpası uyğun olardı".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə