Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını endirib

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını endirib

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri may ayında hasilatın azaldılmasına dair razılaşması fonunda neft ixracını azaldıb. SİA xəbər verir, Səudiyyə Ərəbistanı aprel ayı ilə müqayisədə may ayının ilk 10 günündə tədarükü 17% azaldaraq gündəlik 8 mln. barel səviyyəsinə endirib. Rusiya isə may ayının ilk 12 günündə neft tədarükünü 3,8 mln. bareldən (aprel ayının göstəricisi) 2,8 mln. barelədək endirib.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə