"Azərbaycan iqtisadi aktivliyini qısa zamanda bərpa edəcək" ÖZƏL - AÇIQLAMA
"May ayında da sosial proqram çərçivəsində işsiz vətəndaşlarımıza vəsaitlərin ödənilməsi həyata keçiriləcək, eyni zamanda biznes subyektləri də birbaşa və dolayı yardımlardan faydalanmaqda davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov karantin qaydalarının yumşaldılması ilə bərabər fəaliyyət sahələrinin işinin bərpası ilə iqtisadi vəziyyətimizdə kanantin dövrünə nisbətən hansı dərəcədə irəliləməyə səbəb olacağından danışarkən deyib.
Onun sözlərinə görə, karantin qaydalarının yumşaldılması və eyni zamanda real sektorda mərhələli şəkildə fəaliyyətlərin bərpa edilməsi iqtisadi aktivliyin gücləndirilməsi baxımından vacib idi: "Azərbaycanda mart ayından etibarən karantin rejimi tətbiq olunduqdan sonra birbaşa prioriet məsələ olaraq, vətəndaşlarımızın sağlamlığının qorunması ilə bağlı fəaliyyətlər genişləndirildi. Ölkə Prezidentinin də qeyd etdiyi kimi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan üçün prioritet idi. Bu baxımdan sosial təcrid tədbirləri iqtisadi aktivliyə müəyyən qədər təsir göstərdi. Çünki, Prezident tərəfindən əsas məqsəd məhz, vətəndaşlarımızın sağlamlığının qorunması idi. Bu da təbii ki, sosial təcrid tədbirlərinin iqtisadi aktivliyin zəifləməsinə səbəb oldu. Lakin, artıq koronavirusun lokallaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər fonunda bu gündən etibarən karantin qaydalarının müəyyən qədər mərhələli şəkildə yumşaldılması mümkün oldu. Bu iqtisadi aktivliyə müsbət təsir göstərəcək".
Millət vəkili Vüqar Bayramov əlavə edib ki, bu proses mərhələli şəkildə iqtisadi aktivliyin bərpa edilməsinə imkan verəcək: "Azərbaycan koronavirusun təsirlərini minimumlaşdırmaqla bağlı fəaliyyətlərini davam etdirir. Eyni zamanda, may ayında da sosial proqram çərçivəsində işsiz vətəndaşlarımıza vəsaitlərin ödənilməsi həyata keçiriləcək. Biznes subyektləri birbaşa və dolayı yardımlardan faydalanmaqda davam edəcək. Biznesə eləcə də vətəndaşlarımıza dövlət dəstəyin davam etdirilməsi, növbəti dövrlərdə də güzəştli təşviq proqramlarından daha çox istifadə edilməsi iqtisadi aktivliyə təsir edən amilləri təşkil edəcək. Bu da ondan xəbər verir ki, post-pandemiya dövründə Azərbaycan iqtisadi aktivliyini daha tez və qısa zamanda bərpa edəcək ölkələrdən biri olacaq. Mövcud siyasət və həyata keçirilən tətbirlər onu göstərir ki, Azərbaycan strateji baxımdan post-pandemiya dövrünə sistemli şəkildə hazırlaşan ölkələrdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB